EN AZ RU

Biz şəkilləndiririk

White Stripe Studio Bakı dizayn təminatı endustrinin aparıcı ozəlliklərini vizual və interaktiv biçimdə sizin brendə sintez edir.

Bizim göstərdiyimiz xidmətlər müştərilərimizə əsas rəqiblərinə qarşı meyyar brend, məhsul və ya xidmətlə çıxış etməklə yanaşı, istər onlayn istərsə də, çevrimdışı mühitdə kateqorik liderlik imkanı verir. Fərqi yoxdur siz boyük müəsisə olun ya kiçik şirkət və yaxud, reklam agentliyi. Biz partnyorluq əlaqələrini prossesə uyğunlaşdırırıq.

Useful

UX dizayn
& istifadə məsləhətləri

White Stripe Bakı müştərilərinin ehtiyaclarına uyğun xidmətlər, o cümlədən interaktiv dizayn, istifadəlilik sınaqları və əksər texnologiya-platformalar üzrə istifadəçi dəyərləındirmələri təklif edir. Qərar verməzdən əvvəl bu kimi xidmətlərimizdən yararlana və seçiminizi öz təssüratlarınıza əsasən edə bilərsiniz

Proqramın istifadəyönümlülüyünün ölçülməsi

Biz sizin məhsulların və xidmətlərin istifadəyə uyuşma dərəcəsini hesablayır və təminatlarımızı aldığımız nəticəyə əsasən qururuq.

UX Strategiyanın qurulması

Mövcud vəziyyətin analizi və şirkətin strategiyasının hazırlanması. Aşağıdakı məsələləri həll etmək imkanı: müxtəlif təchizat mənbələrindən fərqli məhsullarınız varsa və siz onların brend təssüratını əlaqələndirmək istəyirsiniz, və ya minlərlə müştərisi olan məhsulunuzu yenidən dizayn eləmək fikriniz var.

İnteraktiv dizayn, wireframing & prototyping

Biz çox qısa vaxt ərzində prototip yaradırıq. Bu sizə təminatın dizayn effektini yoxlamaqla son interfeysin çatdırılmasını tezləşdirmək imkanı verir.

Usable

İstifadəçi İnterfeys (UI) dizayn
veb & mobil

White Stripe Studio həyata keçirilməsi tez və istifadəsi asan olan interfeys dizaynları hazırlayır.

Veb dizayn

Biz intuitiv interfeysə, çox-brauzerli dəstəyə və mobil uyuşumluluğa əsaslanan B2B və B2C veb saytlar hazırlayırıq (reaktiv PC, mobil və planşet dizaynları).

Proqram UI dizaynı

Veb, desktop və ya mobil təminatdan asılı olmayaraq, bizim quracağımız interfeys sizin layihə məqsədlərinizi biznes və müştəri hədəflərinizlə birləşdirəcək.Bizim Uİ təcrübəmiz müxtəlif sahələrdə (istehlak ç səhiyyə, təhsil və s.) çoxsaylı platformaları əhatə edir (iOS, Android, Mac, Windows).

Desirable

Vizual kommunakativlik,
brend & korporativ kimlik

Biz şirkətlərə hədəf müştəri auditoriyasına təsir etmək və bazarda üstünlüyü saxlamaq üçün öz brendlərini quraraq inkişafa nail olmalarına kömək edirik.

Brend dizaynı (loqo və korporativ kimlik)

Biz istər loqo, vebsayt, app istərsə də fiziki mühitdə çevik və işlək olan vizual sistem qururuq.

Brend kitapçanın hazırlanması

Biz brendinizi necə inkişaf etdirmək üçün təlimatlar hazırlayacağıq.

Kollateral materialların dizaynı

Çap, broşur, flayer, vizitkart və s.

Qrafik & Qablaşma dizayn xidmətləri